12 Dekabr

Sənaye istehsalı azaldı

Avrozonada sənaye istehsalı proqnozlaşdırıldığı kimi azaldı.Avropanın statistika mərkəzinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, sənaye istehsalı oktyabrda aylıq müqayisədə 0.5% azalıb. Mütəxəssislər də 0.5%-lik azalma ehtimal edirdilər.

İllik dinamika da proqnozlaşdırılandan yaxşı açıqlansa da azalmaqda davam edir. Belə ki, sentyabrda illik göstərici mənfi 1.8% açıqlandıqdan sonra analitiklər 2.3%-lik azalma proqnozlaşdırırdılar, lakin mənfi 2.2% yayımlanıb.