12 Dekabr

Laqard: "Ciddi maliyyə dəstəyinə ehtiyac var"

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən Kristin Laqardın bank sədri kimi ilk çıxışı investorların marağına səbəb olub.Avropa Mərkəzi Bankı (AMB) uçot faizini 0% səviyyəsində saxladığını açıqladıqdan sonra baş tutan mətbuat konfransında yeni sədr Kristin Laqard danışıb.

Çıxışdan başlıqlar isə aşağıdakilardır:

- İqtisadi dayanıqlığıa dair bəzi siqnallar mövcuddur

- İnflyasiya tendensiyasını yaxından izləyəcəyik

- Uzun müddətli böyük maliyyə dəstəyinə ehtiyac vardır

- Lazım olacağı təqdirdə bütün imkanlarını səfərbər etməyə hazırdır

- Ticarətin zəifləməsi, qlobal qeyri-müəyyənlik investisiyaların artmasına məhdudlaşdırır

- 2019-ci il üzrə inkişaf proqnozları 1.1%-dən 1.2%-ə yüksəldildi, 2020-ci ildə isə 1.1%-lik artım ehtimal edilir

- 2019-ci il üzrə inflyasiya proqnozları 1.2% və 2020-ci il üzrə isə 1.1%-də saxlanıldı, 2021-ci il üzrə proqnoz isə 1.5%-dən 1.4%-ə kimi aşağı salındı, 2022-ci il üzrə 1.6%-lik inflyasiya proqnozlaşdırılır

- Risklər aşağı istiqamətlidir, lakin daha az gözə çarpır

- İnflyasiyanı artırmaq üçün ciddi maliyyə dəstəyinə ehtiyac vardır

- Hökümətlər uzun müddətli inkişaf potensiallarını artırmalıdırlar

- Maliyyə imkanları olan hökümətlər bu istiqamətdə addım atmalıdırlar

- Borclu ölkələr isə ehtiyatlı maliyyə siyasəti həyata keçirməlidirlər

- Strateji gözdən keçirilməli olan qeyri-adı bir vəziyyət yoxdur

- Strateji qiymətləndirmə ətraflı olmalıdır və 2020-ci ilin sonuna kimi tamamlanacağı planlaşdırılır. Lakin buna dair çərçivələr də hələ razılaşdırılmayıb

- Bank akademik və cəmiyyətin də fikrini soruşacaqdır