16 Dekabr

“İlin adamı” seçilən Qreta fəaliyyətinə fasilə verir

İsveçli ekofəal Qreta Tunberq dincəlmək istəyir.Fins.az , Qreta ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı aylardır davam edən fəaliyyətindən sonra istirahətə ehtiyacı olduğunu deyib. O, jurnalistlərə açıqlamasında Milad bayramını evində keçirəcəyini, daha sonra isə məzuniyyətə çıxacağını deyib.

Qeyd edək ki, 16 yaşlı Qreta “Time” jurnalı tərəfindən “İlin adamı” seçilib.