12 Noyabr

AVRO-2020: Azərbaycanla oyun ərəfəsində Slovakiyanın heyətində dəyişiklik edilib

AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycan milli komandaları ilə oyun ərəfəsində Slovakiya yığmasının heyətində dəyişiklik edilib.

Fins.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pavel Hapal təşkil etdiyi mətbuat konfransında bildirib. 50 yaşlı mütəxəssisin sözlərinə görə zədəli yarımmüdafiəçi Laslo Beneşi (“Borussiya”, Münhenqladbah, Almaniya) Nikolas Şpalek (“Breşiya”, İtaliya) əvəzləyib.

Qeyd edək ki, Slovakiya komandası noyabrın 16-da Xorvatiya kollektivinin qonağı olacağı halda, 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.