15 Noyabr

Əliyar Ağayev Avro-2020 oyununa təyinat aldı

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 18-də-də Ta Qalidəki Milli stadionda keçiriləcək Malta – Norveç oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Bununla bağlı AFFA məlumat yayıb.

Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq.

Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.