20 Noyabr

Azərbaycanın FIFA referisi Braziliya millisinin oyununa təyinat alıb

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Paraqvayda keçiriləcək dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb.

Fins.az xəbər verir ki, o, noyabrın 22-də baş tutacaq Braziliya – Oman görüşünü idarə edəcək.

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 14-dək olacaq.