06 Dekabr

"Beşiktaş" kubokda qələbə qazandı

"Beşiktaş" Türkiyə kubokunda 5-ci mərhələnin ilk oyununa çıxıb.

Fins.az xəbər verir ki, İstanbul klubu doğma meydanda 3-cü liqa təmsilçisi "24Erzincanspor"la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

"Beşiktaş" - "24Erzincanspor" 3:0
Qollar:
Teylor Boyd, 25, Erdoğan Kaya, 45+3, Umut Nayir, 84

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu dekabrın 18-i keçiriləcək.