10 Noyabr

Kontentin yenilənməsi nə üçün vacibdir?

Şəxsi reputasiyanın qurulması və idarə olunması istiqamətində görməli olduğumuz əsas işlərdən biri də, barəmizdə yaratdığımız vizual kontentləri mütəmadi yeniləməkdir.

Bu qeydimdə vizual kontent dedikdə konkret olaraq profil fotolarımızdan danışıram. Bir az da dəqiq desəm, simamızı auditoriyamıza dəqiq göstərən portret fotoları nəzərdə tuturam.

Bu fotoları mütəmadi dəyişməyimizin nə üçün vacib olmasının üzərində qısa formada keçək:

Ötən yazılarımda da qeyd etdiyim kimi axtarılarkən tapılmaq nə qədər vacibdirsə, tapılarkən düzgün və uyğun formada olmaq bir o qədər əhəmiyyətlidir. Axtarış platformalarında barənizdə çıxan foto nəticələrinin müxtəlif, rəngarəng, pozitiv, məqsədlərinizi əks etdirən və son görünüşünüzə uyğun olması sizi auditoriyanıza daha yaxın edəcək.
Unutmayın! Fotolarınız mövsümə də uyğun olmalıdır. Mövsüm dəyişikliyi qarderobumuzda hiss olunduğu kimi fotolarımızda da, hiss olunmalıdır.

Gözünüzün qarşısına izlədiyiniz və mətbuatda eyni foto ilə illərlə açıqlama verən ekspertləri gətirin. Bir çoxlarını real həyatda gördükdə tanımasaq, deməli günah bizdə deyil.