12 Noyabr

Karyera qurulması barədə yanlış fikirlər

Hər bir gəncin karyeraya başlamadan öncə özünün yaratdığı və ətrafının onun beyninə yeritdiyi müəyyən miflər vardır. Bunu daha çox 70 il boyunca Sovet tərkibində olmamız və X nəslinin bizə verdiyi tövsiyələr sayəsində formalaşır.

Ümumilikdə 3 növ nəsil vardır. X, Y, Z nəsilləri. X nəsli 80-ci illərə qədərki olan nəsil, Y nəsli, 80-ci illərdən 2000-ci ilə qədərki nəsil, Z nəsli isə milennium yəni 2000-dən sonrakı doğulan şəxslərdir.

Azərbaycanda nəsillər arası ünsiyyətdə böyük problem olduğu kimi həm də gənclərin inkişafına əsas pis təsir edən amillərdən biridir. Çünki valideyni X nəslindən olan özü isə Z nəslindən olan bir şəxs müəyyən amilləri izah etməkdə böyük çətinlik çəkir. X nəsli daha çox sovet prinsiplərinə əsaslanaraq övladlarının universitetə girməsini sonra bitirib işləməsini arzulayır. Amma unudurlar ki, artıq dövr dəyişib. Öz inkişafı üçün az belə olsa əziyyət çəkməyənləri şirkətlər işə götürmür. Karyera qurmaqda çox çətinlik çəkirlər. Bunun əsas səbəbi məhz o beyindəki qəliblərdir. Bu qəlibləri sındırmaqla gənclərimiz peşəkar karyera qura bilərlər.

Əvvəlcə deyim ki, karyera qurmağın asan olacağını düşünürsənsə bunu unut. Bu sənin bilməli olduğun ilk addımdır. Həyatda heçnə asan deyil və asan olmayacaq. İnsan bir şeyi əldə edirsə onu yuxusuz gecələri, tökülən saçları, uğursuzluqları, keçirdiyi stressləri hesabına ödəyir. Həyat demokratikdir! Bizə doğulan zaman ən dəyərli resursları verir. Bunlardan ən önəmli resurs zaman resursudur. Bəli zaman. Heç kim gününü 24 saatdan artıq edə bilməz və ya həftəsini 168 saatdan o yana keçirə bilməz. Qeyri mümkündür. Bizə lazım olan məhz bu zamandan effektiv istifadə etməklə yüksəliş əldə edək və karyeramızı inkişaf etdirməkdir.

Ali təhsil almaq ali təhsilli olmaq deyildir. Sən 4 il İqtisadiyyat ixtisası üzrə təhsil al. Birtəhər imtahanları ver, amma iqtisadiyyat nədir sözünü izah edə bilmə, inflyasiya nədir bilmə. Bunları bilməyən şəxsin iqtisadiyyat üzrə ali təhsilli olması şübhə altında olur.

Ali təhsil almaq tək universitet imtahanlarını vermək, seminarda iştirak edib bal almaq deyildir. Ali təhsil alan şəxs məhz dünya görüşünü artırmalı, öz tanıdığı insan şəbəkəsini böyütməli, özünə ali hədəflər qoymalı və bu hədəflərin yerinə yetirilməsi üçün gecə gündüz çalışmalıdır. İnanın ki, heç bir zəhmət yerdə qalmır. Əmin ol ki, əziz dostum sən bu hədəfləri qoyub planlı şəkildə yerinə yetirsən inkişaf edəcəksən.

Sonrakı ən önəmli məsələ hədəflərini müəyyən etməkdir. Bunun üçün özünə 3 sual verməyin və bu sualların cavabını qeyd etməyin kiyafətdir.

1. Mən kiməm və gələcək məqsədim nədir?
2. Mən hansı peşəni seçmək istəyirəm?
3. Bu sahə üzrə irəliləmək üçün nələr edirəm və edəcəyəm?

İlkin Mirzəzadə