12 Noyabr

“YouTube” belə hesabları siləcək: Dekabrın 10-dan qüvvəyə minəcək

Google kompaniyası kommersiya gəlirliliyi olmayan hesabları YouTube-dan silə biləcək.

Fins.az xəbər verir ki, bu haqda YouTube-un yeni istifadə şərtlərində deyilir və yeni qaydalar tam gücü ilə dekabrın 10-da əlçatan olacaq.

İstifadəçi müqavilə şərtlərində deyilir ki, əgər hesab kommersiya baxımından gəlirli deyilsə, bu halda Google kompaniyası YouTube xidmətindən tamamilə və ya qismən istifadəsinə maneə olacaq və hesabını silə biləcək. Amma YouTube videohostinqini daxil olduğu Google şirkəti hesablarda ticari mənanın yoxluğunun tam olaraq nəyi ifadə etdiyini açıqlamayıb.

Ancaq istifadəçi şərtləri ilə bağlı növbəti punkda isə deyilir ki, hesab YouTube-da blok olunanda və ya tamamilə silinəndə bu haqda istifadəçiyə səbəblər haqqında bildiriş göndərəcək.

Hypebeast nəşri isə yazır ki, əgər platforma istifadəçinin yüklədiyi videolar, videohostinqə reklamdan kifayət qədər gəlir gətirmirsə, belə hesablar silinə bilər.

Həmçinin yeni qaydalar təkcə məzmun yaradanlara deyil, aktiv olmayan profillərə də şamil ediləcək.

Twitter, Reddit, Google forum kimi onlayn-platformalar üzərindən YouTube-un yeni qaydası aktiv müzakirə edilir. Bəziləri hesab edir ki, videohostinq senzuranın tətbiqindən kənardadır, amma bir sıra YouTube kontent istehsalçılarını isə auditoriya və gəlirlərinin itməsi narahat edir.

©Facemark.az