13 Noyabr

Rusiyada ən bahalı şirkətin adı açıqlandı – TOP 10-ğa Vahid Ələkbərovun şirkəti də düşdü

Rusiyada 2018-ci ilin sonuna yığılan vəsaitlərin və pul ekvivalentlərin həcminə görə, ən bahalı şirkətlərə Sberbank başçılıq edib.

Fins.az Lenta.ru-ya istinadən xəbər verir ki, onun hesabları 2,33 trilyon rubl olaraq qalıb.

Bu haqda yazan isə Qriqori Berezkinə aid olan RBK nəşri olub. İkinci yerdə isə Qazprombank (trilyon rubl ilə) qərarlaşıb. Üçüncü yerdə isə VTB (929,3 milyard rubl) ilə.

Onluğa, həmçinin Qazprom (849,4 milyard rubl), Rosneft (832 milyard), Lukoil (492 milyard rubl), Alfa-Bank (297,9 milyard), Surqut-neftqaz (260,3 milyard rubl), Qazprom neft (247,6 milyard), Poçta Rasiya (203,5 milyard rubl) düşüb. Bankları da əlavə etdikdə, bu halda TOP 10-ğa daxil olan şirkətlərin ümumi yığımları 7,5 trilyon rubl olub. Əgər reytinqdən kredit müəssisələrini çıxartsaq (nəzərə alsaq ki, onlara biznes-modelinə görə daha çox pul lazımdır, həmçinin ehtiyatların saxlanması üçün) bu halda TOP 10-ğa Qazprom, Rosneft, Lukoil şirkəti düşəcək.

Beləliklə, bankları reytinqdə nəzərə almadıqda, TOP 10 bahalı şirkətin yığımlarının həcmi 3,4 trilyon rubla çatacaq.

Sentyabr ayında Rusiyada ən böyük şirkətlərin adı açıqlanmışdı.Həmin reytinqdə 4 ildir ki ardıcıl olaraq Qazprom başçılıq edirdi. Onun 2018-ci ildə gəlirlərinin həcmi 8,2 trilyon rubl olub. Reytinqin ikincisi Lukoil şirkəti olub (7,5 trilyon rubl ilə), üçüncüsü isə Rosneft-6,9 trilyon rubl gəlir ilə. TOP 5-liyə, həmçinin Sberbank və Rusiya Dəmir Yolları ASC də düşüb.

Facemark.az