15 Noyabr

NIVEA qlobalda bu agentlik ilə əməkdaşlıq edəcək: Marka reklama nə qədər xərclədi?

Beiersdorf NIVEA-nın qlobal reklam agentliyini seçmək üçün keçirdiyi tenderin nəticələrini elan edib.

Fins.az The Drum-a istinadən xəbər verir ki, nəticələrə görə, markanın qlobaldakı reklam işlərini Publicis Groupe agentliyi həyata keçirəcək.

Beiersdorf-un tərkibinə daxil olan Eucerin və Hansaplast-ın reklam işləri isə WPP-nin məsuliyyətində olacaq. Publicis Groupe, Accenture Interactive və Omnicom-un da daxil olduğu tenderdən uğurla ayrılıb.

Qeyd etmək yerinə düşər ki, Statista və Beiserdorf-un 2018-ci il ilə bağlı paylaşdığı hesabata görə, NIVEA ötən il reklam və ticari marketinq sahəsində 1,53 milyard avro xərcləyib.

Publicis Groupe, WPP və Beiersdorf-dan isə məsələ ilə bağlı rəsmi açıqlama hələ də edilməyib.

©Facemark.az