18 Noyabr

CV-də yol verilən kiçik miqyaslı böyük səhvlər

Bildiyimiz kimi, insanların əksəriyyəti yeni iş axtarışındadır. Hər bir şəxs isə müxtəlif situasiyalarda iş axtarır. Məzun olduqda, köhnə iş yerini tərk etdikdə və s. Müasir bazar iqtisadiyyatında iş yerini itirmək və iş axtarmaq prosesi olduqca normal bir prosesdir. Yalnız bilməli olduğumuz ana məqam məhz öz brendinizi gücləndirmək və bu prosesdən uğurla çıxmaqdır.

Təbii ki, ilk olaraq şəxs özünə CV/Resume hazırlayır. Bu sənədi hazırlayarkən bir çox səhvlərə yer verir. Gəlin bu səhvlərin bəzilərinə baxaq:

1. Redaktə səhvləri-İnsan əgər tənəzzül edib öz CV-sindəki w hərfini ş ilə, e hərfini ə ilə dəyişmirsə deməli o tənbəldir. Peşəkarlıqdan söhbət gedə bilməz.

2. 10 meqabaytlıq sertifikat-Bir insan hər təlimə getdiyi, hər könüllü olduğu yerin sertifikatlarını doldurursa ciddi sayıla bilməz. Həmçinin insan resursları mütəxəssislərinin o qədər zamanı yoxdur ki, o CV-ni incələsin.

3. Qısa məktub yazmaq-Bəli qısa məktub yazaraq öz şansınızı artıra bilərsiniz. Eləcə CV yollayan namizədin işə qəbul olma şansı xeyli azdır.

4. Foto şəkilin düzgünlüyü-Toyda, dostlarla çəkilmiş foto şəkil sizin üçün gözəl ola bilər. Yalnız nəzərə alın ki, iş dünyası qeyri-ciddiliyi sevmir.

5. Şəxsi e-mailin düzgünlüyü-Nəzərə alın ki, öz adınıza olmayan e-maillər çox uğursuzdur. Tövsiyə edərdim ki, öz ad və soyadınıza uyğun bir e-mail yaradın.

6. Yönləndirilmiş məktub olmamalıdır və 1 ünvana göndərilməlidir-Bir CV-ni məhz bir yerə göndərin. 10 yerə göndərmək qeyri-peşəkarlıqdır.

7. Hər görülən elana müraciət etməmək. Xüsusilə bir şirkətin müxtəlif vakansiyaları üzrə-Şirkət 2 vakansiya elan edir məhz 2-sinədə CV göndərilir. Bu qeyri-peşəkarlıq olması bir yana sizin reputasiyanızı xeyli aşağı salır.

Yuxarıda yazdığım məhz peşəkar iş həyatına hazırlıq mərhələsi üçün bir neçə addımlardan biri idi. Gələn yazılarımda bu mövzu üzrə yazıları davam etdirəcəyəm.

İlkin Mirzəzadə-Blogger, İNNAB Təlim Mərkəzi- Ümumi işlər üzrə menecer