06 Dekabr

KFC-dən Milad bayramı qabağı qəribə yenilik – Video

Fast-food restoranları şəbəkəsi KFC Milad byramı qabağı, keçən ilin hitini geri qaytarmağa qərara alıb.

Fins.az xəbər verir ki, AdWeek portal yazır ki, şirkət qızardılmış toyuq qoxusu verən, kamin üçün odunlar ərsəyə gətirib.

Restonlan şəbəkəsinin hazırladığı bu odunlara müəssisənin xüsusi qoxusu hopdurulub. Bu isə 11 ot və müxtəlif ədviyyatların qatılaraq hazırlandığı qızardılmış toyuqlardır. Bu isə polkovnik Sandersin gizli reseptinə daxildir. İndi belə bir odun alıb, evi bayram ab-havası ilə doldurmaq olar. Amma istehsalçılar xəbərdarlıq edirlər ki, bu xoşagəlməyən qonaqları – qonşular və ayıları evə cəlb edə bilər.

Qeyd edək ki, belə odunlar Enviro-Log şirkəti ilə birgə hazırlanıb. Onları 18,99 dollara Amazon-dan, ya da KFCFirelogs.com saytı üzərindən əldə etmək olar.

Xatırlatmaq yerinə düşər ki, polkovnik Sandersin gizli resepti əsasında hazırlanan qızardılmış toyuqların ətrindən 1-ci dəfə deyil ki, istifadə olunur. Daha əvvəl o qaralmaq üçün krem, dırnaqlar üçün dırnaq boyası və bu ətirdə olan duş geli buraxmışdı.

©Facemark.az