28 Noyabr

Vilayət Eyvazov rəisi təqaüdə göndərdi – ƏMR

Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı işdən çıxarılıb.

Fins.az-ın verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi, polis polkovniki Fuad Məmmədli vəzifəsindən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, F.Məmmədli təqaüdə göndərilib.

DİN-in Mətbuat Xidmətindən “Report”a fakt təsdiqlənib.

F.Məmmədlinin yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, F.Məmmədli sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.

© Report