29 Noyabr

Rəna Əfəndizadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Rəna Əfəndizadənin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, sərəncamla Azərbaycanda memarlıq sənətinin inkişafında xidmətlərinə görə Rəna Mahmud qızı Əfəndizadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.