04 Dekabr

İlham Əliyev daha bir rayona icra başçısı TƏYİN ETDİ – SƏRƏNCAM

Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Fins.az-ın məlumatına görə, Prezident İlham Əliyev dekabrın 4-də bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.