05 Dekabr

Keçmiş bank işçisi MİDA-nın Aparat rəhbəri vəzifəsinə təyin edilib

Azərbaycan Respublikası Mənzil İnşaat Dövlət Agentliyində (MİDA) yeni təyinat olub.

Qurumdan Fins.az-a verilən məlumata əsasən, Fərman Vahid oğlu Qurbanlı Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

Bu təyinatadək Fərman Qurbanlı Agentliyin Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifəsini tuturdu. Fərman Qurbanlı MİDA-da çalışana qədər “Bank BTB” ASC-də Xəzinədarlıq departamentinin direktoru vəzifəsini icra edib, daha əvvəl isə “PAŞA Bank”da Korporativ bankçılıq üzrə müştəri meneceri və “NIKOIL Bank”da (indiki Yelo Bank) müxtəlif vəzifələrdə çalışıb. O, İngiltərədə Lankaster Universitetində Pul, Bankçılıq və Maliyyə üzrə magistr dərəcəsi alıb.