13 Dekabr

İqtisadi İslahatlar Mərkəzində – YENİ TƏYİNAT

Zənurə Talıbova İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri oldu

Fins.az xəbər verir ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) kommunikasiya departamentinə yeni rəhbər təyinatı olub. İİTKM-in icraçı direktoru Vüsal Qasımlının müvafiq əmri ilə bu vaxta qədər departamentdə PR meneceri kimi fəaliyyət göstərən Zənurə Talıbova Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

Zənurə Talıbova təhsilinə 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində başlayıb. Magistr təhsilini 2005-ci ildə Gürcüstanda Qafqaz Jurnalistika və Media İdarəçiliyi məktəbində alıb. Daha sonra 2009-2011-ci illərdə Azərbaycan İqtisadi Universitetində maliyyə və kredit ixtisası üzrə ikinci təhsil alıb. Uzun müddət televiziya sahəsində peşəkar fəaliyyət göstərdikdən sonra karyerasını 2016-cı ildən İİTKM-də davam edib.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 40-a qədər (veb-saytlar, elektron portallar, sosial şəbəkələrdə və vikipediyada səhifələr və s.) elektron resurs üzərindən güclü kommunikasiya həyata keçirir.