15 Noyabr

2022-ci ildək “Şahdəniz”dən qaz hasilatı 24 mlrd. kubmetrə çatacaq

SOCAR şirkəti (ARDNŞ) 2019-cu ildə “Şahdəniz” yatağından 19 mlrd. kubmetr həcmində qaz hasil olunacağını gözləyir, 2021-ci ildə hasilat 24 mlrd. kubmetrədək artacaq. Bunu şirkətin yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib.

Öncə hökumət 2019-cu ildə “Şahdəniz” yatağından qaz hasilatını 17 mlrd. 389 mln. kubmetr həcmində proqnozlaşdırıb.

“Hazırda SOCAR “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2”-nin irəliləməsin sayəsində ilk öncə Azərbaycan qazının hasilatının mühüm dərəcədə artmasına cəhd edir. Bu il həmin yataqdan 19 mlrd. kubmetr qaz gözləyirik, gələn il hasilatı 22 mlrd. kubmetr və 2021-ci ildə 24 mlrd. kubmetrədək artıracağıq”, - Lətifov «Petroleum-Economist» nəşrinə müsahibəsində bəyan edib.

O xatırladıb ki, 2018-ci ildə Azərbaycanda 30 mlrd. kubmetrdən çox qaz hasil olunub, bunun 6,5 mlrd. kubmetri SOCAR-ən öz hasilatı, qalan həcm isə “Şahdəniz” yatağından təbii qazın və “AÇG” blokundan səmt qazının payına düşüb. Səmt qazın 75%-i isə təkrar laylara doldurulub.

“BP-Azerbaijan” şirkəti 2019-cu ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 12,4 mlrd. kubmetr qaz və 2,6 mln. ton kondensat hasil edib. Hazırda “Şahdəniz” yatağında mövcud hasilat sisteminin gücü ildə təxminən 20 mlrd. kubmetr və ya sutkada 56 mln. kubmetr qaz təşkil edir 2018-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton kondensat hasil edib.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Alfa” və “Bravo” platformalarından həyata keçirilir.**