20 Noyabr

Azərbaycanda qızıl istehsalı 7%-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3 111,2 kq qızıl istehsal edilib.

Fins.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötəni lin eyni dövrü ilə müqayisədə 7,3% çoxdur.

Bu il noyabrın 1-nə ölkədə 149,7 kq hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, bu ilin 10 ayı ərzində Azərbaycanda 3 218,1 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 22,1% çoxdur. Bu il noyabrın 1-nə ölkədə 36,3 kq hazır məhsul ehtiyatı yaranıb.