05 Dekabr

Kim Azərbaycandan neft alır?

Neft sahəsi Azərbaycanın daxili iqtisadiyyatının inkişafında mühüm rol oynayır. 2019-cu ilin 9 ayının yekunları üzrə Azərbaycanın bütün ixracının 75,76%-i neft ixracının payına düşüb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan $11 mlrd. 267 mln. 61,85 min məbləğində bəyan edilmiş neft ixracı 23 mln. 254,022 min ton təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə bəyan edilmiş ixracın həcmi 6% artıb. Düzdür, dəyər ifadəsində azalma 2,8% təşkil edib,bu da cari il dünya bazarlarında neftn qiymətinin ötən illə müqayisədə aşağı olması ilə əlaqədardır.

2019-cu ilin 9 ayı ərzində coğrafi strukturu, tədarük həcmi və xaricdə neft satışından gəlirlər daxil olmaqla, Azərbaycan neftinin ixracı üzrə yeni icmalı.

Alıcı ölkələrin reytinqi

2019-cu ilin yanvar-sentyabr aylarının məlumatının təhlili göstərir ki, Azərbaycan neftinin ixrac coğrafiyası kifayət qədər genişdir və əsasən, Avropa və Asiya ölkələrini əhatə edir. Azərbaycan neftininn alıcıları siyahısında aşağıdakı ölkələr yer alır: Rusiya (çox az həcmdə), Ukrayna, Almaniya, Avstraliya, Böyük Britaniya, Çexiya, Vyetnam, Yaponiya, Yunanıstan, Rumıniya, Avstriya, Bolqarıstan, Xorvatiya, Niderland, Tayland, Tayvan, Türkiyə, İtaliya, İspaniya, Fransa, Kanada, Hindistan, Çin, İsrail, Portuqaliya. Eyni zamanda, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycandan neft idxalının həcmi üzrə lider ötən ilin analoji dövrü ilə müqayisədə İtaliya qalır.

Avropa ölkələri Azərbaycan neftinin ən iri alıcıları olaraq qalırlar. Düzdür, TO-5-ə Asiya ölkələri daxil olub. 2019-cu ilin 9 ayının yekunları üzrə İsrail – ikinci, Hindistan – üçüncü, Çin – beşinci yerdə qərarlaşıb.

Eyni zamanda, Kanada və Tayvan Azərbaycan neftinin alışını dəfələrlə azaldıb. Azərbaycan neftinin Çexiya və Portuqaliyaya idxalında da azalma qeydə alınıb. Cari il ABŞ və İndoneziya Azərbaycan neftinin idxalçıları sırasından çıxıb.

Azərbaycan neftinin əsas idxalçılarının siyahısı aşağıda verilmişdir:

2018-ci ilin 9 ayında ölkələr üzrə neft ixracına dair məlumatlar

2018-ci ilin yanvar-sentyabr ayları

Ölkə

Həcm (ton)

Dəyər (min)

İtaliya

7142460,71

$3807077,79

İsrail

1938 369.72

$998468,43

Hindistan

1 357 050,07

$747 317.82

Tayvan

1 062 587.66

$555994,71

Çin*

-

-

Çexiya

1 265 790,27

$668200,46

Almaniya

1 137 137,96

$608772,94

İndoneziya

1 016 799.28

$536 711,95

Kanada

960 649,09

$506752,97

Portuqaliya

879912,82

$476 462.7

Fransa

719668,48

$383223,47

İspaniya

635 237,12

$332 359,83

ABŞ

477280,6

$246271,17

Böyük Britaniya

454 370,94

$241 975,56

Ukrayna

342479,22

$174874,6

Türkiyə

342287,63

$157410,21

Xorvatiya

268 710,02

$140 810,33

Tayland

97876,05

$53783,9

2019-cu ilin yanvar-sentyabr aylarında ölkələr üzrə neft ixracı

2019-cu ilin
yanvar-sentyabr ayları

2018-ci ilin
9 ayı ilə müqayisə

Ölkə

Həcm (ton)

Dəyər (min)

Miqdar
ifadəsində

Dəyər ifadəsində

İtaliya

8 549 656,83

$4 168 799,4

+19,7%

+9,5%

İsrail

2 219 232,93

$1 065 418,22

+14,5%

+6,7%

Hindistan

1 656 848,38

$822 615,07

+22,1%

+10,1%

Almaniya

1 509 654,09

$711 163

+32,7%

+16,8%

Çin

1 310 857,01

$667 055,12

-

-

İspaniya

1 137 503,42

$538 027,01

+79,1%

+61,8%

Fransa

897 178,17

$440 860,55

+24,6%

+15%

Çexiya

885 036,18

$430 523,29

-30,1%

-35,6%

Portuqaliya

746 181,16

$353 196,51

-15,2%

-25,9%

Böyük Britaniya

732 812,86

$353 618,11

+61,3%

+46,1%

Türkiyə

703 499,26

$303 026,47

+2,1 раза

+1,9 раза

Ukrayna

500 708,55

$239 834,18

+46,3%

+37,1%

İndoneziya**

-

-

-

-

ABŞ**

-

-

-

-

Tayland

374 806,61

$186 737,86

+3,8 раза

+3,5 раза

Xorvatiya

345 027,77

$178 141,61

+28,4%

+26,5%

Kanada

269 355,97

$136 652,24

-72%

-73,1%

Tayvan

155 108,85

$73 895,42

-6,8 раза

-7,5 раза

2018-ci ilin yanvar-sentyabr aylarında Çin Azərbaycandan neft almayıb

İndoneziya və ABŞ 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycandan neft almayıb.

Bu rəqəmlər göstərir ki, Azərbaycan neftinin alıcı bazası əsasən dəyişilməz qalır. Eyni zamanda, tendensiya göstərir ki, Türkiyə, İsrail, Hindistan və s. kimi bazarlara Azərbaycan neft ixracını artırmağa davam edəcək.