12 Noyabr

Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər üçün attestasiya keçiriləcək

“Sığortaçıların müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya və aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər attestasiyaya dəvət olunurlar.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb.

Qeyd olunur ki, attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.