15 Noyabr

“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Dekabrın 27-də, saat 10:00-da “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Fins.az xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 4/186 ünvanında olacaq. Yığıncağın gündəliyinə “İpək Yolu Sığorta”nın 2019-cu ildəki maliyyə-təsərrüfat fəaliyyəti üçün müstəqil auditorun seçilməsi və cari məsələlər daxildir.