18 Noyabr

Hyundai Santa Cruz bu ölkədə istehsal olunacaq

Hyundai şirkəti Santa Cruz pikapının istehsalının ABŞ-ın Alabama ştatındakı Montqomeri şəhərindəki zaovodda yerləşdiriləcəyini bildirib.

Fins.az xəbər verir ki, modelin istehsalına 2021-ci ildə başlanacaq. Bunun üçün amerikan müəsissəsinin modernləşdirilməsinə 410 milyon dollar sərmayə qoyulacaq. Müəssisənin əməkdaşlarının sayı isə 200 nəfər artırılacaq. Hyundai şirkəti ilk dəfə pikapı konsept şəklində 2015-ci ilin yanvar ayında Detroyt avtosalonunda nümayiş etdirib. O zaman, Hyundai şirkətinin ABŞ bölməsinin məhsul planlaşdırılması üzrə direktoru Mark Dipko pikapı ümumi qəbul edilmiş kriteriyalara (yedəyə alınan qoşqunun çəkisi, yükgötürmə və keçiş qabiliyyəti) görə layihələndirilmədiyini bildirmişdi. Dipko Hyundai mühəndislərinin pikapı adi krossoverin xarakteristikaları ilə təmin edəcəyini də bildirib. Çox güman ki, Santa Cruz modelinin əsasını növbəti nəsil Tucson modelinin platforması təşkil edəcək. Pikapın 2,5-litrlik mühərrik və 8-pilləli “avtomat” ilə təklif ediləcəyi gözlənilir.