21 Noyabr

Aqrar sığortanın hazırda fəaliyyətləri və qurulma xüsusiyyətləri barədə ictimaiyyətə heç bir məlumat verilmir

“Aqrar sığortanın hazırda fəaliyyətləri və qurulma xüsusiyyətləri barədə ictimaiyyətə heç bir məlumat verilmir” bu barədə sığorta eksperti İlkin İbrahimov Fins.az-a deyib.

“Hazırda fəaliyyətləri və qurulma xüsusiyyətləri barədə ictimaiyyətə heç bir məlumat verilməsə də, onu bilirəm ki, MBNP da çalışan bəzi mütəxəsislərin oraya dəvət aldığı xəbərini eşitmişik. Hesab edirəm ki, onlar da prezidentin sərəncamından irəli gələn vəzifələri həyata keçirməyə can atırlar. Amma maraqlı tərəfi odur ki, ictimaiyyətə heç bir məlumat verilmir. Lakin ümid edirəm ki, yanvarın 1 də onların fəaliyyətinin şahidi olacağıq”.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 6 900,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,2% çoxdur.

Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 11,4% artaraq 3 549,5 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 3,2% artaraq 3 350,8 milyon manat olub.