29 Noyabr

“Atəşgah Həyat” sığorta şirkətinin yığımları azalmaqda davam edir

"Atəşgah Həyat” sığorta şirkətinin yığımları azalmaqda davam edir.

Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 2019-cu ilin yanvar-oktyabr ayları üzrə açıqladığı rəsmi hesabatına əsasən, son bir illə müqayisədə “Atəşgah Həyat”ın yığımlarında kəskin azalma müşahidə olunub. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında “Atəşgah Həyat” tərəfindən 46,133 mln. manat həcmində sığorta haqqı toplanmışdırsa, cari ilin analoji dövründə bu rəqəm 14,971 mln. manat və ya 48% azalaraq 31,162 mln. manat təşkil edib.

Qeyd edək ki, yığımların həcmindəki azalma ilə yanaşı Şirkətin bazar payı da azalıb. Belə ki, son bir il ərzində “Atəşgah Həyat”ın bazar payı 2,1 faiz bəndi azalaraq 5,4% ə düşüb.