29 Noyabr

Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi banka verilməsinə EKSPERT ŞƏRHİ

Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətini tənqid edən sığorta eksperti İlkin İbrahimov qurumun ləğv edilməsinə münasibət bildirib.

Fins.az-ın məlumatına görə, ekspert MBNP-ın ləğvi sığorta bazarına təsiri haqqında danışıb.

Onun sözlərinə görə, 2016 cı ildən fəaliyyət göstərən Palata daim sığorta sahəsində kadr çatışmamazlığı yaşayıb.

İ.İbrahimov bildirib ki, Palata ekspertləri ya proseslərdən kənar qoyublar ya da təkliflərini alıb özlərinin təxəyyülü kimi qurmağa başlayıblar ki, son nəticədə də böyük problemlər yaşamağa başlamışlar.

“Hesab edirəm ki, Palatanın ləğvi və səlahiyyətlərinin Mərkəzi banka verilməsi prosesi peşəkar kadrların seçilməsi ilə bu sahənin inkişafına nail olunacaq. Əgər Palatadakı kimi vətəndaş şikayət etsə şikayəti nəzarətedici qurum araşdırmayıb elə şikayət olunana göndərsə proses əvvəlki kimi davam edəcək. Məncə Mərkəzi bank ilk öncə edəcəyi iş sığorta sahəsindəki Müstəqil ekspertlərin fəaliyyətinə nəzarəti gücləndirməli. Doğurdan da sığortada peşəkar olmuş şəxsləri işə dəvət etməlidirlər. İctimai Şuranın yaranması tezləşməli, sığorta şirkətlərinin vətəndaşa göndərdiyi əsassız imtinalarla bağlı afaşdırmalar aparılmalı, İnzibai Xətalar Məcəlləsinim 468 ci maddəsi ilə vəzifəli şəxslər və Sığorta şirkətləri cəzalanmalıdırlar. Bu tədbirlər həyata keçirilsə növbəti ildə sığorta sahəsində artımları görə biləcəyik. Əks halda bu sahə Palatadan fərqlənməyəcək".

Müəllif: Tuncay Türbəndəzadə