04 Dekabr

Sığortaçılar Fransa və İtaliyadakı daşqınlara görə yüz milyonlarla avro itkiyə hazırlaşırlar

Sığortaçılar Fransa və İtaliyadakı daşqınlara görə yüz milyonlarla avro itkiyə hazırlaşırlar.

Fins.az xəbər verir ki, AON beynəlxalq təkrarsığorta brokerinin hesablamalarına görə, noyabr ayının sonlarında Cənub-Şərqi Fransa və İtaliyanın bəzi bölgələrində daşqınlara görə yüz milyonlarla avro aralığında iqtisadi itkilərə səbəb ola bilər.

Qeyd edək ki, Var və Dənizkənarı Alp bölgələrinin iki rayonunda normadan artıq – iki və hətta üç aylıq normada yağış yağıb. Bu isə çayların öz məcrasından daşmasına, daşqınlara, Kann və Nitsa kimi böyük şəhərlərin küçələrinin su altında qalmasına səbəb olub. Hazırda çaylarda suyun səviyyəsi azalmağa başlayır. Ancaq on minlərlə ev və çox sayda tərk edilmiş avtomobil hələ də su altında qalır, Var bölgəsində 2.4 min evin sakini elektriksiz qalıb.

Müəllif: Tuncay Türbəndəzadə