05 Dekabr

Bu şəxslər icbari tibbi sığorta ödənişindən azad olunacaq -SİYAHI

İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar sığorta haqları yanvarın 1-dən deyil, aprelin 1-dən tutulacaq.

Əhalinin müəyyən qrupuna güzəşt tətbiq olunacaq. İcbari tibbi sığorta standartlarının tətbiqi ilə xəstəxanalarda elektron qaydada qeydiyyatın aparılması üçün şəxsiyyət vəsiqəsi kifayət edəcək. Proqram təminatı vasitəsilə vətəndaşın elektron qaydada qeydiyyatının aparılması, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə haqqında məlumatlar vahid sistemə daxil ediləcək. Vahid sistem sayəsində vətəndaş istənilən vaxt istənilən xəstəxanadan özünəməxsus diaqnozları və laborator analizlərinin nəticələri haqqında məlumatları əldə edə biləcək.

İcbari tibbi sığortanın tətbiqi ilə vətəndaşlar sığorta zərfinin baza və ya əlavə hissələrinə uyğun olaraq tibbi xidmətlərdən istifadə edəcəklər.

Baza zərfinə:

- ilkin səhiyyə (ailə həkimi xidməti);

- ambulator şəraitdə müayinə və müalicə;

- stasionar müalicə, USM, KT, MRT və s;

- fizioterapevtik xidmətlər;

- laborator müayinələr;

- hamiləlik və doğuş;

- təcili vaksinasiyalar;

- uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası;

- cərrahi əməliyyatlar, o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları;

- müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə və digərləri aiddir.

“Tibbi sığorta haqqında” qanuna əsasən, xidmətlər zərfinin baza hissəsi üzrə adambaşına ildə 29 manat ödənilir. Bu vəsait dövlət büdcəsi hesabına ödəniləcək. Muzdlu işçilər üçün əməkhaqqının 4 faizi həcmində sığorta nəzərdə tutulur: sığortalı tərəfindən-hesablanmış əməyin ödənişi fondunun 2 faizi, sığortaolunan tərəfindən işçinin əmək haqqının 2 faizi. Digər insanlar təqvim ili ərzində 120 manat sığorta haqqı ödəməklə tibbi yardım ala biləcəklər. İcbari tibbi sığortanın tətbiqi zamanı əhalinin müəyyən qrupuna güzəşt tətbiq olunacaq. Söhbət işləməyən pensiyaçılar, əlilliyi olanlar, uşaqlar, aztəminatlı ailələr, işsizlik statusu olan şəxslərdən gedir. Bu qrup insanlar icbari tibbi sığorta ödənişindən azad olunacaq və onların sığortaya cəlbini dövlət həyata keçirəcək.