10 Dekabr

"Eurohome" ticarət mərkəzində irimiqyaslı yanğın

Bakı-Sumqayıt şossesində yerləşən "Eurohome" tikinti məhsulları ticarət mərkəzində irimiqyaslı yanğın qeydə alınıb.Səbəbləri barədə hər hansı açıqlama verilməyən yanğın hələ də davam edir.

Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Qeyd olunur ki, nazirliyin "112" qaynar xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub