15 Noyabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 milyon manatlıq avadanlıq alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin avadanlıqlarla təchizatının satın alınması ilə bağlı elan edilmiş açıq tenderin nəticəsi məlum olub.

Fins.az xəbər verir ki, tenderin qalibi “Araş” firması olub.

Qalib şirkətə 1996697 manat ödəniləcək.