Vakansiya

08 November
118

“Abşeron Logistika” mərkəzi işçi axtarır - VAKANSİYA

“Abşeron Logistika” MMC mərkəzi ofisinə “Hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən ABŞERON LOGİSTİKA MƏRKƏZİ, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Mərkəz, Azərbaycanın paytaxtı Bakı şəhərinin Qaradağ rayonunda – Lökbatan qəsəbəsində yerləşir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir.

Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

İşin təsviri:

Hüquqi məsələlərin həlli ilə bağlı mərkəzin struktur bölmələrinə məsləhətlər, təkliflər və tövsiyələr vermək;
Mərkəzin struktur bölmələrinin əməkdaşlarına hüquqi məsələlərlə bağlı təlimlər keçmək;
Mərkəzdaxili müqavilələri hazırlamaq, onların reyestrini həyata keçirmək və müvafiq proqramda yerləşdirilməsini təmin etmək və daim təkmilləşdirilməsini həyata keçirmək;
Mərkəzin tərəf olduğu müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və viza vermək;
Daxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
Vəzifələrin icrası ilə bağlı mərkəzə daxil olan bütün hüquqi sorğuların cavablandırılmasını təmin etmək;
Əməliyyat sənədlərini təhlil etmək və ilkin rəy vermək.

Namizədlərə qarşı tələblər:

Ali hüquqi təhsil;
Aidiyyəti üzrə minimum 2 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dilləri arzuolunandır;
Komputer bilikləri: Microsoft Office Proqramları (Word, Excel və s.);
Analitik təhlil və qərarvermə bacarığı;
Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaqbacarığı;
Təşəbbüskarlıq, yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 noyabr 2019-cu il tarixinədək hr@absheronport.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

adviad