Vakansiya

08 November
145

Bakcell işçi axtarır - VAKANSİYA

Bakcell Data analitikası üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Vakansiya haqqında
İdarə : Marketinq
İş qrafiki : Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 20.11.2019

Sizin əsas vəzifə öhdəlikləriniz

* Müştəri axınının qarşısını almaq üçün qurulmuş modeli yeniləmək, nəticələri yoxlamaq və təsdiqləmək
* Modelin dəqiqliyinin artırılması üçün dəyişənlərin transformasiya və alqoritmin parametrlərini sazlamaq *Müştərilərin davamlı saxlanılması strategiyasına uyğun olaraq müştəri axının qarşısını almağa yönəlmiş kampaniyalarımız üçün müştəri məlumatlarını və müvafiq təklifləri hazırlamaq
* Müştəri axınının qarşısını almağa yönəlmiş kampaniyalarımızın effektivliyini ölçmək
* Müntəzəm və qabaqcadan planlaşdırılmamış hesabatlar hazırlamaq
* Seqmentlərin istifadə davranışını yoxlamaq
* Müştəri dəyərinin idarə edilməsi üzrə layihələrə dəstək göstərmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Ali Təhsil (Marketinq və riyazi yönümlü təhsil üstünlük hesab olunur)
* Məlumatın təhlili, hesabat, tədqiqat və analitika sahəsində ən azı 1 il iş təcrübəsi (Telekommunikasiy, bank və ya Pərakəndə sektorda iş təcrübəsi üstünlük hesab olunur)
* İri həcmli məlumatların analizi üzrə iş təcrübəsi
* Analitik alətlərdə işləmə təcrübəsi (SAS|SPSS|R|Python və s.) üstünlük heab olunur
* AB testlərin həyata keçirilməsi və nəticələrin ölçülməsi üzrə iş təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Fakt əsaslı və yaradıcı düşünmə
* Komanda işi və əməkdaşlıq
* Müştəri yönümlü
* Güclü Excel və hər hansı BI alətində yaxşı işləmə bacarığı
* Hesabat və vizuallaşdırma təcrübəsi
* Azərbaycan və İngilis dilini səlis bilmək
* Müştəlif mənbələrdən məlumatların toplanması bacarığı
* Tövsiyyə sistemləri|proqnozlaşdırma|qruplaşdırma modellərinin hazırlanması üzrə bilik üstünlük hesab olunur
* Proqnozlaşdırma və qruplaşdırma modellərində çoxlu sayda dəyişənlərin ölçülərinin ixtisar olunması üzrə bilik
* Müştərinin gələcək dəyərinin hesablanması üzrə bilik üstünlük heab olunur
* SQL üzrə bilik üstünlük heab olunur üstünlük hesab olunur
* Məcmu mənfəət qrafiki haqqında bilik

Müraciət etmək üçün

CV-nizi jobs@bakcell.com e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘‘Data analitikası üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

adviad