13 Noyabr

Azerconnect işçi axdarir - VAKANSİYA


İT Sahəsində layihələrin İdarəedilməsi üzrə Biznes Analitik

Vakansiya haqqında

Şirkət : Azerconnect
İdarə : İnformasiya Texnologiyaları
İş qrafiki : Standart
Son müraciət tarixi: 26.11.2019

Müqavilə müddəti : Daimi

Sizin əsas vəzifə öhdəlikləriniz

* Biznes prosesləri və iş proseslərini, həmçinin onların mövcud və gələcək proqram təminatı ilə əlaqələrini anlamaq və sənədləşdirmək
* Təklif olunan layihələrin miqyasını, faydalarını və risklərini optimallaşdırmaqda biznes istifadəçilərinə və İT rəhbərliyinə yardım olunması; istifadəçilərin və rəhbərliyin gözləntilərini idarə etməkdə yardım.
* Layihələrin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfi / təchizatçıları əlaqələndirmək
* Bütün layihələrin vaxtında, əhatə dairəsi daxilində və büdcə çərçivəsində icrasını təmin etmək
* İrəliləyişi izləmək üçün ətraflı bir layihə planı hazırlamaq

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Ali və ya peşə təhsili (Bakalavr dərəcəsi)
* Layihənin idarə olunması / biznes təhlili sahəsində 2 il iş təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Güclü analitik, təşkilati və ünsiyyət bacarıqları
* Azərbaycan və ingilis dilləri – yüksək səviyyə, Rus dili biliyinin olması arzuolunandır
* Çox tapşırıqları icra etmək, vəzifələri prioritetləşdirmək, kritik qərarlar qəbul etmək qabiliyyəti.
* Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı.
* Tez-tez fasilələrlə məhsuldar çalışmaq qabiliyyəti.

* Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək
* PMP/PRINCE II sertifikatının mövcudluğu arzuolunandır

Müraciət etmək üçün

CV-nizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “İT Sahəsində layihələrin İdarəedilməsi üzrə Biznes Analitik” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.