14 Noyabr

AGA Group işçi axtarır - VAKANSİYA

Texniki Nəzarət Direktoru (Mühəndis)

AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülədən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla, bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.

Vəzifə öhdəlikləri:

- Müştərilərlə müştəri məmnuniyyəti prinsipi əsasında ünsiyyət prossesini təşkil etmək;
- Layihələndirmə üçün ilkin məlumatları yığmaq və çertyojları çəkmək;
- Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərini düzgün təşkil etmək;
- Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
- Tikintidə istifadə olunacaq tikinti materiallarını müəyyən etmək və zəruri tikinti materiallarını siyahı şəklində təchizat şöbəsinə yönləndirmək;
- Görülən işlərin keyfiyyətlə həyata keçirilməsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək;
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək;
- Texnoloji intizama riayət etmək, tikinti norma və qaydalarını yerinə yetirmək;
- Binanın havalandırma, kondisioner, santexnika və elektrik sistemlərinə nəzarətin etmək;
- Binanın mövcud nasosxana qurğularında yaranan nasazlığın aradan qaldırılması təlimatlarını vermək və işə ümumi nəzarət etmək;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət etmək.

Tələblər:

- Ali təhsil(müvafiq sahədə-inşaat mühəndisi ixtisası üzrə olması üstünlükdür);
- Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı. İngilis dilini bilmək üstünlükdür.
- Kompyuter bilikləri - MS ofice, Word, Excell, Autocad proqramlarını mükəmməl bilmək
- Analoji sahədə minimum 3 il iş təcrübəsinə malik;
- Müəssisənin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini və hesablama qaydasını bilmək;
- Elektrik, santexnika və havalandırma sistemləri sahəsinə aid biliklərə sahib olmaq;
- Komandada işləmək bacarığı.

Tələblərə uyğun namizədlər https://agagroup.az/vakansiya.html ünvanına daxil olaraq müraciət edə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlər müsahibəyə çağırılacaqdır.