05 Dekabr

“ABB” vakansiya elan edir

“ABB” ASC Bank proseslərinin optimallaşdırılması üzrə baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

- Mövcud biznes proseslərin qiymətləndirilməsi və optimallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
- Yeni məhsul və xidmətlərin (korporativ və pərakəndə) tətbiqi zamanı proseslərin hazırlanması və aidiyyatı strukturlarla razılaşdırılması;
- Bankın digər strukturları tərəfindən biznes proseslərin dəyişdirilməsi ilə bağlı daxil olan sorğulara nəzarət edilməsi;
- Sistemdə avtomatlaşdırma ilə bağlı məlumatların təhlili və Proqramlaşdırma departamentinə ötürülməsi;
- Proqramlaşdırma departamenti tərəfindən icra olunan və ya yeni qurulan proseslərin yoxlanması və istifadəyə yararlı olduğu halda müvafiq strukturlara icra edilməsi üçün təqdim edilməsi;
- Müştərilərdən daxil olan xidmət və məhsula dair təkliflərdən müvafiq optimizasiya tədbirlərin görülməsi;
- Dəyişdirilən və yeni yaradılan proseslər üzrə istifadə materiallarının hazırlanması;

Vakant vəzifə üzrə tələblər:

- Ali təhsil (Maliyyə, İqtisadiyyat, İdarəetmə, Riyaziyyat istiqamətləri üzrə arzuolunandır);
- Bank sahəsində minimum 3 il iş təcrübəsi;
- Bank sistemləri üzrə biliklərə sahib olmaq: BPM, BI, iFlex, Way4 (Telescope) proqramlarından istifadə bacarığı;
- Bank proseslərini və məhsullarını tanımaq;
- Dərin analitik təhlil bacarığı;
- Ofis proqramlarından istifadə bacarıqları (Excell, Visio və PowerPoint),

Bu iş sizə nələri qazandıracaq:

- Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
- Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 20 dekabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “BPO üzrə baş mütəxəssis”şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az