06 Dekabr

Xalq Bank işçi axtarır - VAKANSİYA

Xalq Bank

Vəzifə: Bankın Hesablaşmalar İdarəsinin Hesablaşmalar şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
• Mərkəzi Bankın müvafiq normativ sənədlər və qanunları üzrə nəzəri biliklərə malik olmaq;
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompüter bilikləri (Excel proqramı üzrə mükəmməl biliklərə malik olan namizədlərə üstünlük veriləcək)

İŞİN TƏSVİRİ:

• XÖHKS, AZİPS, SWIFT sistemlərində işləmə;
• Sürətli pul köçürmə sistemləri üzrə klirinq əməliyyatları;
• Vəsaitlərin müştəri hesablarına mədaxili;
• Müxbir hesab qalıqlarının yoxlanılması;
• MT103, MT202, MT300, MT320, MT199 formatlı SWIFT məlumatlarının hazırlanması;
• Xarici valyutada daxil olan ödənişlərin sistemə girişi;
• Bankın müxbir hesabları və ödəniş sistemləri üzrə hesablaşmaların aparılması.

QEYD:

Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34