11 Dekabr

"Bakcell" işçi axtarır - VAKANSİYA

Bakcell Ərazi üzrə satış meneceri vəzifəsinə işçi axtarır.

Vakansiya haqqında

İdarə : Satış
İş müddəti : Müvəqqəti
İş qrafiki : Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 19.12.2019

Sizin əsas vəzifə öhdəlikləriniz

* Gündəlik olaraq dilerlərin satış agentləri və müştərilər ilə əlaqə yaratmaq
* Rəhbərlik tərəfindən təyin olunmuş hədəfləri yerinə yetirmək
* Məhsullar və xidmətlər barədə məlumatları dilerlərə kommunikasiya etmək
* Hədəflərə nail olmaq və səmərəli əməkdaşlıq istiqamətində diler qruplarını koordinasiya etmək
* Diler/subdilerlərə hədəfləri yerinə yetirmək üçün lazımi dəstək göstərmək
* Mobil satış kampaniyalarının genişləndirilməsi məqsədilə diler/subdilerlərin fəaliyyətini müşahidə etmək və dəstəkləmək
* Diler satış nöqtələrinin şirkətin təyin etdiyi standartlara cavab verməsini təmin etmək
* Diler şəbəkəsinin dükanda müştəriyə layiqli xidmətin göstərilməsi zəncirinin tətbiqini təmin etmək
* Yeni dilerlərdən bütün zəruri qeydiyyat və digər sənədlərin əldə olunmasını təmin etmək
* Yeni dilerlərin seçilməsi məqsədilə müvafiq departamentlərə dilerlər haqqında düzgün məlumatları təmin etməkdə dəstək olmaq
* Müvafiq bazar araşdırmaları aparmaq
* Rəhbərlik tərəfindən həvalə olunmuş digər tapşırıqları həyata keçirmək
* Müvafiq hesabatlar hazırlamaq

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Ali təhsil
* Pərakəndə satış və ya merçendayzinq sahəsində ən azı 3 il iş təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Rəqabətyönümlü təhlil aparma qabiliyyəti
* Detallara diqqət yetirmə qabiliyyəti
* Qərar qəbul etmə bacarığı
* Danışıqlar apara bilmək qabiliyyəti
* Nəticə yönümlü
* Azərbaycan (səlis) və Rus (səlis) dillərini bilmək (İngilis dili biliyi üstünlük hesab olunur)
* MS Office Proqramlarını bilmək
* ‘’B’’ kateqoriya sürücülük vəsiqəsi

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘’Ərazi üzrə satış meneceri’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.