12 Dekabr

"Greencard Azerbaijan" işçi axtarır – VAKANSİYA

"Greencard Azerbaijan" Proqram koordinatorları vəzifəsinə işçi axtarır.

Öhdəliklər

- Şirkətin proqramlarını başa düşmək və müştərilərə izah etmək
- Müraciət etmiş müştərilərin işlərini izləmə və onları vaxtında məlumatlandırma
- Telefon zənglərinə cavab vermək
- Sosial medialarda müştərilərin suallarını düzgün cavablamaq
- Telefonda, ofisdə, şirkətin sosial mediya səhifələrində müştərilərin suallarını düzgün cavablandırmaq
- Ərizə formalarını doldurmaq (ingilis dilini bilən namizədlər ingilis dilində formaları doldurmalı, xarici ölkələrdəki partnyorlarla yazışmalar aparmalı)

Tələblər

- Emaildən, sosial şəbəkələrdən istifadə
- Kompüterdə sürətli yazmaq
- Sürətli öyrənmə, güclü qavrama və qavradığını müştərilərə düzgün çatdırma (kitab oxumağı sevirsinizsə, bu vəzifə üçün uğurlu olmaq şansınız çoxdur)
- Ünsiyyətcil, səbrli, gülərüz
- Analitik düşünmə qabiliyyəti
- Azərbaycan dilində səlis və ədəbi dildə danışma və yazmalı
- Yaradıcı fikirli və şəxsi inkişafına vaxt ayıran
- Diqqətcil və punktual

Əlavə qeydlər

- Marketing, telemarketing, satış, kadrlar şöbəsi, xaricdə təhsil, dil kursları, turizm sahələrində təcrübəsi olan namizədlərə üstünlük veriləcək
- Xarici ölkələrdə təhsil almış şəxslərə üstünlük veriləcək
- Xarici ölkələrə viza və köç mövzularını başa düşən şəxslərə üstünlük veriləcək
- İngilis dilini bilənlərə (əsasən İELTS balı olan şəxslərə) üstünlük veriləcək. İngilis dilini bilən namizədlərə digər və daha çox öhdəliyi olan vəzifə təklif edə bilərik

Maaş 400-700 AZN təcrübədən və ya şəxsi keyfiyyətlərdən, bacarıqlardan asılı olaraq başlayır. Eyni zamanda daha uğurlu və şirkətimizdə uzun müddətli işləmək istəyən şəxslər üçün əlavə bonuslar mövcuddur.

Müraciət etmək üçün öz CV-nizi [email protected] ünvanına göndərin.
Əgər CV-niz bizə maraqlı olarsa, növbəti addım kimi sizə geri email göndərəcəyik və daha çox məlumat istəyəcəyik. Ondan sonra müsahibəyə çağıracayıq.