Vakansiya

01 November
33

Azərbaycan Beynəlxalq Bankı işçi axtarır - VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı Telesatış üzrə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis vakansiyalarını açıq elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, satış sahəsində davamlı fərdi və peşəkar inkişafa can atan bütün təcrübəli namizədləri aktiv şəkildə böyüyən Telesatış komandamıza qoşulmağa dəvət edirik! Telesatış komandasının üzvü olaraq Siz bankın potensial müştərilərinə zənglərin edilməsindən, bankın təklif etdiyi məhsullarının satışını həyata keçirilməsindən və satış kvotasının yerinə yetirilməsindən məsul olacaqsınız.

Bankın mövcud məhsul və xidmətlərinin müştərilərə zəng vasitəsilə ilkin satışı;

Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və bank məhsullarına dair məsləhətlərin verilməsi;

Bankın təsdiqlənmiş metodologiyasına uyğun olaraq şikayətlərin araşdırılması;

Müraciətlərin interfeysdə qeydiyyatının aparılması;

Müştəri bazasını hər zəngdən sonra yenilənməsi

Hər zəng uğurlu bir satış ola bilər və əlavə gəlir mənbəyinə çevrilə bilər! Ən əsası isə Siz müştərilərə öz problemlərinə həll yolu tapmaqda və Bankla ünsiyyətdən zövq almaqda böyük rol oynayacaqsınız.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

Adekvat əmək haqqı və bonus sistemi

Növbəli iş qrafiki (gün ərzində 8, həftə ərzində 40 saatı keçməmək şərti ilə)

Təlim və inkişaf məsələlərində Bankın dəstəyi

Davamlı karyera inkişafı

Bizim üçün ideal namizəd:

Ali təhsili olan

Satış sahəsində (telesatış və ya qaynar satışlar) ən az 1 il iş təcrübəsi olan

Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən

İnandırmağı, arqumentlər tapmağı, problemlərə kreativ həll yolları tapa bilən

Ünsiyyət qurmağı sevən və bunu ustalıqla, bacarıqlı və aydın şəkildə apara bilən

Komputer bilikləri yüksək səviyyədə olan bir şəxsdir

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına 30.11.2019 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: " Telesatış üzrə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis ")

Əlavə məlumat üçün: www.ibar.az

adsgarden