01 Noyabr

ABA Logistics işçi axtarır - VAKANSİYA

Şirkətimiz 2006-cı ildən bəynəlxalq və ölkədaxili daşımalar üzrə fəaliyyət göstərir. Cavan, aktiv, təcrübəli və müştərilərin tələblərinə cavab verən işçi heyyəti ilə birlikdə, loqistika və nəqliyyat xidmətləri bazarında qısa bir müddətdə qabaqcıl şirkətlərindən biri olub. Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını böyük korporativ şirkətdə qurmağı hədəfləyən və “Mühasib” vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.

Vəzifə öhdəlikləri:

- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
- Vergi orqanları ilə yazışmalar
- Vergi sahəsi ilə bağlı əməliyyatlar - bütün vergi hesabatlarının göndərilməsi
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması
- Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
- Əməliyyatları 1C proqramında aparmaq
- Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
- Vergi uçotunun aparılması, vergi bəyənnamələri və hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi orqanları ilə hesablaşmaların həyata keçirilməsi, vergilərin vaxtında hesablanması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi
- Rəhbərliyi tələb olunan mühasibatlıq məlumatları ilə təmin etmək
- Uçot siyasətinin, maya dəyərinin uçotu və amortizasiya metodlarının müəyyənləşdirilməsi və tətbiqinə nəzarət edilməsi
- Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək

Namizədə tələblər:

- Ali təhsil (maliyyə, biznesin idarə olunması və mühasibat sahəsində olması vacibdir)
- B1-B3, Microsoft Office proqramlarını bilmək
- 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
- www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
- Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
- ACCA, CİMA və digər sertifikatların olması üstünlükdür
- Xarici dil bilikləri Rus və İngilis dili bilmesi vacibdir.
- Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması
- Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək
- Əməliyyatları 1C proqramında aparmaq
- Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək

Vakansiya haqqında

• Yaş həddi: 25 – 38
• İş rejimi: 5 günlük. 09:00-dan 18.00-dək
• İş yeri: Bakı şəhəri, Xətai ray., Azure Business Center

CV-lərinizi [email protected] elektron ünvana “Mühasib” başlığı altında göndərməyiniz mütləqdir.