Analitika

01 January
13

Azərbaycanın ən sərfəli market şəbəkələri- SİYAHI

Azərbaycanda iri market şəbəkələrinin sayı sürətlə artır. Fins.az-ın məlumatına görə, hazırda Bakıda 10-a yaxın brendləşmiş şəbəkə fəaliyyət göstərir. Amma onların əksəriyyəti regionlara çıxmağa tələsmir, əhalinin alıcılıq qabiliyyəti daha yüksək olan Bakıda pul qazanmağa üstünlük verirlər. Hərçənd artıq güclənməkdə olan rəqabət yaxın gələcəkdə onları regionlardakı iri şəhərlərə qova bilər. Hələliksə, onlar müxtəlif üsullarla paytaxt müştərilərinin loyallığını qazanmağa çalışırlar.

Əsas rəqiblər - «ARAZ» və «Bazar store»dir

Hazırda ölkədə ən böyük marketlər şəbəkəsi «ARAZ» marketləridir. Amma bu şəbəkənin 21 mağazasının hamısı Bakı şəhərindədir. Mağazalarının sayına görə, ikinci yeri «Bazar store» tutur. Əvəzində «Bazar store» regionlarda daha yaxşı təmsil olunub. Hazırda şəbəkəyə daxil olan 13 marketdən 5-i regionlardadır və şirkətin aktivliyini nəzərə alsaq bu hələ son deyil. Bu göstəriciyə görə ikinci yeri «Makromarket» tutur – şəbəkənin Gəncə və Şəmkirdə mağazaları var. Digər şəbəkələr isə regionlara investisiya yatırmağa tələsmir, Bakı şəhərində işləməyə üstünlük verirlər.

Şirkət

Mağazaların sayı və yerləri

Ümumi

Bakı

Bölgə

Bazar store

13

8

5 (Sumqayıt, Gəncə,

Şəki, Zaqatala, Bərdə)

Neptun

9

9

-

Araz

21

21

-

Grandmart

5

5

-

Favorit

5

5

-

Makromarket

9

7

2 (Gəncə, Şəmkir)

Bizim market

9

9

-

Rahat

9

9

-

Geyim, dəftər-kitab, kosmetika və s.

Market şəbəkələri əhalinin ehtiyaclarına getdikcə daha çox uyğunlaşmağa başlayıblar. Artıq burada təkcə ərzaq malları yox, kütləvi tələbat malları da satılır. Bura geyim, məişət və təsərrüfat malları, dəftərxana ləvazimatları, kosmetika, hətta bağ və zoo məhsullar da aiddir. İri şəbəkələrin demək olar ki, hamısında geyim, dəftərxana ləvazimatı, məişət, kosmetika və təsərrüfat malları tapmaq olar. Hərçənd çeşidlər fərqlənir. Belə ki, yalnız «Bazarstore»də bütün yaş təbəqələri üçün geyim var. Digər şəbəkələrdə isə əsasən uşaq geyimləri satılır.

Şirkət

Ərzaqdan başqa satılan məhsullar

Geyim

Məisət

Dəftər-xana

Yataq dəsti

Bağ və Zoo məh-sullar

kosmetika

təsərrüfat

Bazar store

+

+

+

+

+

+

+

Neptun

Uşaq ge-yimləri

Bəzi elek-tron avad-anlıqlar

+

-

-

+

+

Araz

Uşaq və qadın geyim

+

+

+

-

+

+

Grandmart

Qadın geyimləri

+

+

+

+

+

-

Favorit

Uşaq geyimləri

+

+

+

+

+

+

Makromarket

Uşaq geyimləri

+

+

+

+

+

+

Bizim

Əhmədli filialında uşaq geyimləri

+

+

+

-

+

+

Rahat

Uşaq geyimləri

+

+

-

+

Saç və dırnaq boyaları

+

Fasiləsiz işləyən marketlər

Şəbəkələr arasında qızğın rəqabət özünü iş rejimində göstərir. Supermarketlərin əksəriyyəti saat 8-dən axşam saat 23-dək işləyir. Bəzilərində bu müddət bir saat az və ya çox olur. Bir sıra şəbəkələrin isə tələbatdan asılı olaraq ayrı-ayrı mağazalarında fasiləsiz iş rejimi tətbiq edilib.

Şirkət

İş vaxtı

Bazar store

09:00

22:00

Neptun

Yay (08:00-01:00)

Qış (08:00-23:00)

Araz

08:00-23:00

Grandmart

09:00-23:00

Favorit

Rəsulzadə küç. Filial 24 saat

Yasamal 08:00-24:00

Digərləri 08:00-23.00

Makromarket

08:00-23:00

Bizim

08:30-22:30

Rahat

Buzovna və Mərdəkan filialları 24 saat

Digərləri 08:00-00:00