ANALİTİKA

01 Yanvar
131

Azərbaycanda lotereyada nə qədər udmaq olar? – «CEK POT»LAR

Nyu-York məktəblərindən birinin keçmiş direktoru Qarold Daymond “Mega Millions” lotereyasında 326 milyon dollar məbləğində “Cek Pot” udub. Fins.az-ın RİA Novosti-yə istinadən məlumatına göə, bu, Nyu-Yorkda bütün oyunlar tarixində udulmuş ən böyük məbləğdir.

1995-ci ildə pensiyaya çıxan 80 yaşlı müəllim bildirib ki, o, uduşlu bileti təsadüfən yerli yanacaqdoldurma məntəqəsində 10 dollara alıb: "Həyat yoldaşımla nahar etmək üçün Midltauna gedirdik, lakin hava şəraiti bizi planlarımızı dəyişməyə vadar etdi”.

Cəmi 130 milyon alacaq

Biletin uduşlu olmasından pensiyaçı yalnız ertəsi günü xəbər tutub. Keçmiş məktəb direktoru və arvadı 130 milyondan artıq məbləğdə çek alıblar. Uduşun yarıdan çoxunu təşkil edən vergilərin tutulmasından sonra onlara bu məbləğ qalıb. Pensiyaçı udduğu pulları ailəsinə sərf etməyi planlaşdırır. Həmçinin o, yerli cəmiyyətin inkişafına vəsait qoymaq niyyətindədir. Qeyd edək ki, “Mega Millions” lotereyası ABŞ-da 1996-cı ildən oynanılır. Ölkə tarixində ən iri “Cek Pot” da məhz bu lotereyaya məxsusdur. 2012-ci ildə onun məbləği 656 milyon dollar təşkil etmişdi.

Azərbaycanda udulmuş ən böyük “Cek Pot”

Məlumat üçün bildirək ki, Azərbaycan lotereya oyunları tarixində ən böyük uduş 2013-cü ilin sentyabrında qeydə alınıb. Siyavuş Məmmədsalahov adlı vətəndaş 439 135 manat məbləğində “Cek Pot”i udub. Siyavuşun öz dediyinə görə, onu böyük bir məbləğə sahib edən 6 rəqəm kombinasiyasını tirajdan tiraja, dəyişmədən təqdim edirmiş və 2 aydan sonra bəxti gətirib.

“Cek Pot” arzusunda olanların nəzərinə

Hazırda “Azərlotoreya”nın keçirdiyi lotereya oyunlarında son günlərdə uduşda olan ən böyük “Cek Pot”lar bunlardır:

• “5/36” oyunu üzrə “Cek Pot” - 139 485 manat
• “6/40” oyunu üzrə “Cek Pot” - 141 365 manat
• “Binqo” üzrə - 175 000 manat
• “Klassik loto” üzrə “Meqa Pot” - 184 000 manat
• “Super loto” üzrə “Meqa Pot”- 188 min manat.