ANALİTİKA

01 Yanvar
2

Azərbaycanda ən ucuz krediti kimlər alır?

Azərbaycanda verilən kreditlərin böyük hissəsi Bakı və Abşeron yarımadasının payına düşür. Fins.az-ın məlumatına görə, bu barədə Azərbayan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Məlumata görə, ölkə üzrə 18,15 milyard manatlıq kredit portfelinin 15,7 milyard manatı və yaxud 86,5%-i paytaxtda və onun ətrafında formalaşıb.
Kreditlərin məbləğinə görə, 2-ci yeri 5,9%-lik payla Aran bölgəsi tutub. Bu zonada yaşayanlar ümumilikdə 1,07 milyard manat kredit alıblar. Gəncə-Qazax bölgəsində isə bütün kreditlərin 2,3%-i və yaxud 413 milyon manat kredit verilib.

Ən az kredit isə Kəlbəcər-Laçında verilir – 32 milyon manata yaxın. Bu ümumi portfelin 0,17%-i qədərdir.

Ərazilər

Kredit məbləgi

Payı

Ölkə üzrə ümumi

18 151 946,8

100,00%

Bakı şəhər

15 118 529,1

83,29%

Aran

1 071 299,4

5,90%

Abşeron

584 089,6

3,22%

Gəncə-Qazax

413 052,5

2,28%

Lənkəran

315 015,4

1,74%

Şəki-Zaqatala

167 169,7

0,92%

Quba-Xaçmaz

139 365,9

0,77%

Dağlıq Şirvan

124 237,3

0,68%

Naxçıvan

109 363,7

0,60%

Yuxarı Qarabağ

78 245,2

0,43%

Kəlbəcər-Laçın

31 579,0

0,17%

AMB-nin açıqladığı rəqəmlərə əsasən deyə bilərik ki, Azərbaycanda kreditlər illik orta hesabla 14%-lə verilir. Ən ucuz krediti isə Bakıda yaşayanlar alır. Belə ki, paytaxt üzrə kreditlərin orta illik faiz dərəcəsi 12,5%-dir. Naxçıvan MR-da bu göstərici 13,5%-dir. Qalan bölgələrdə isə faiz dərəcəsi 19-26% civarında dəyişir. Bu baxımdan ən bahalı krediti Kəlbəcər-Laçın bölgəsindən olanlar alır – illik 25,6%-lə.

Azərbaycanın regionlarında ucuz kredit

Ərazilər

Faiz dərəcəsi

Ölkə üzrə ümumi

14,0%

Bakı şəhər

12,5%

Naxçıvan

13,5%

Abşeron

19,2%

Quba-Xaçmaz

20,2%

Yuxarı Qarabağ

20,8%

Şəki-Zaqatala

20,8%

Aran

21,7%

Gəncə-Qazax

21,7%

Lənkəran

23,5%

Dağlıq Şirvan

23,5%

Kəlbəcər-Laçın

25,6%