Analitika

01 January
4

Hansı bankın kartı sərfəlidir? - MÜQAYİSƏ

Azərbaycanda plastik kartların sayı çoxaldıqca, kart sahibləri və kartlardan istifadə də artır. Hazırda ölkə bankları müştərilərinə onlarla müxtəlif funksiyalı plastik kartlar təqdim edirlər. Amma bu kartlar həm əhatə dairəsi, həm də imknaları ilə fərqlənirlər. Fins.az hazırda ölkə bazarında ən populyar kartların imkanlarını və göstəricilərini müqayisə edib. Müqayisə "Unibank"ın "Albalı plus" kartı, "DəmirBank"ın "Dəmirtaksit" kartı, "Bank Of Baku"nun "Bolkart" kartı və "Yapı Kredi Bank"ın "Worldkart" kartı arasında aparılıb.

Müqayisə nəticəsində məlum olur ki, bu kartlara sahib olmaq qətiyyən çətin deyil. Məsələn, "Albalı plus"a sahib olmaq üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayışın olması kifayətdir. Kartları almaq üçün pul da tələb olunmur, yalnız "Worldkart"da kartın kateqoriyasından asılı olaraq 25-150 manat arasında ödəniş tələb olunur. Kartla açılan kredit xəttinə gəlincə, ən aşağı kredit faizi "DəmirTaksit"dədir - illik 19%. Müqayisə üçün bildirək ki, "Bank of Baku"nun "Bolkart"ında faiz dərəcəsi bundan 11% yüksəkdir, yəni 30%.

Əvəzində "DəmirTaksit" kartından pul çıxaranda 5,5% komission haqq ödəməlisən ki, bu da başqa kartlardan qat-qat yüksəkdir.
Plastik kartlar üzrə ən böyük kredit xətti "Albalı plus"da açıla bilər - 10 min manata qədər. Taksit xidmətləri üzrə tərəfdaşlara gəlincə, burda da "Albalı plus" rəqiblərindən üstündür - 1300 tərəfdaş. Bu sahədə ikinci yeri 944 tərəfdaşla "Worldkart" tutur. Əvəzində "Yapı kredi"nin kartandan Azərbaycanla yanaşı, Türkiyə, Rusiya və Dubayda da taksit xidmətlərindən faydalanmaq olar.

"Bolkart" isə istifadə imkanı olan regionların sayı ilə seçilir - bu kartdan 12 bölgədə istifadə etmək olar. Hərçənd bu da ölkənin bütün regionlarının cəmi 20%-i qədərdir.
Nəhayət, bu kartlardan yalnız biri - "Albalıplus" həm də əmanət kimi istifadə oluna bilər. Bura yatırılan məbləğ sahibinə ildə 6% gəlir gətirə bilər.

Bolkart

Albalı plus

Dəmirtaksit

Worldkart

Verilmə şərtləri

1.Şəxsiyyət vəsiqəsi

2.İşyerindən arayış (və ya 6 aylıq əmək haqqı ilə bağlı çıxarış)

1.Şəxsiyyət vəsiqəsi

2. İş yerindən arayış (və ya 6 aylıq əmək haqqı ilə bağlı çıxarış)

1.Şəxsiyyət vəsiqəsi

2. İş yerindən arayış (və ya 6 aylıq əmək haqqı ilə bağlı çıxarış)

3. Minimum əmək haqqı 100 manat

1.Şəxsiyyət vəsiqəsi

2. İş yerindən arayış (və ya 6 aylıq əmək haqqı ilə bağlı çıxarış)

3. Minimum əmək haqqı 300 manat

Kartın qiyməti

Pulsuzdur

pulsuzdur

pulsuzdur

Klassik 25 AZN,

Gold 50 AZN, Platinium 150AZN

İllik % dərəcəsi

30 %

30%

19%

28%

Kreditin minimum və maksimum məbləği

300-5 000 manat

100-10 000 manat

300-2 000 manat

250-5 000

İllik xidmət haqqı

Yoxdur

yoxdur

yoxdur

Yoxdur

Yaş həddi

18-65

18-65

20-65

18-65

Xaricdə əhatə dairəsi

Mastercard-ın istifadə olunduğu bütün ölkələr

Mastercard-ın istifadə olunduğu bütün ölkələr

Mastercard-ın istifadə olunduğu bütün ölkələr

Mastercard-ın istifadə olunduğu bütün ölkələr

Xarici ölkələrdə taksit şərtləri

Azərbaycanda olduğu kimi

Azərbaycanda olduğu kimi

Azərbaycanda olduğu kimi

Klassik və Gold yalnız kampaniya vaxtı,

Platinium isə Rusiya, Türkiyə və Dubayda 3 aylıq taksitlə

Nağd pul çıxarma imkanı

Adi "Bolkart"da olmur,

"Bolkart Grace"də mümkündür, komission haqq 2%

Bütün məbləğ kredit xətti kimi istifadə oluna bilər, komission haqq 1%

Kartdakı məbləğin 70%-i nağdlaşdırıla bilər, komission haqq 5,5%

"Classic"də 50 %, "Gold"da 60%, "Platinium"da 100 % məbləğ nağdlaşdırıla bilər

2%+1AZN

Tərəfdaşların ölkə üzrə əhatə dairəsi

Bakı, Şirvan, Sumqayıt, Şəki, Şəmkir, Gəncə, Goranboy, Astara, Xaçmaz, Lənkəran, Masallı, Xırdalan,

Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Quba, Mingəçevir, Şəmkir

Pos-terminal olan istənilən mağaza

Bakı, Gəncə, Sumqayıt

Tərəfdaş şirkətlərin sayı

80

1300

Konkret tərəfdaş yoxdur

944

Funksional

imkanları

1. Güzəştsiz kredit kartı (Bolkart),

2. 45 gün güzəşt müddəti olan kredit xətti ( Bolkart Grace)

1. 40 gün güzəşt müddəti olan kredit xətti

2. İllik 6% dividentli əmanət kartı

1. Güzəştsiz kredit kartı

1. 30 gün güzəşt müddəti olan kredit xətti