ANALİTİKA

01 Yanvar
8

12 bank avtokreditləri kəskin azaldıb

Fins.az APA-ya istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı bankların verdiyi avtomobil kreditlərinin sayını əhəmiyyətli dərəcədə azaldıb.

APA 22 bankın təqdim etdiyi hesabata əsasən hesabat dövrü üzrə avtokreditlərin həcminə görə müvafiq renkinq tərtib edib.

Renkinqin təhlili zamanı məlum olub ki, bu ilin 6 ayında 12 bankda avtokreditlərin həcmi kəskin azalıb, 7 bankda isə kəskin artın müşahidə olunur.

Onu da qeyd edək ki, iki bank 2013-cü ilin I yarısı ilə bağlı, 21 bank isə həm ötən ilin, həm də ki, bu ilin I yarısı ilə bağlı məlumatı bəyan etmədiyindən bu banklar üzrə avtokreditləşmənin dinamikasını müəyyənləşdirmək mümkün olmayıb.

Təqdim olunan məlumatlara əsasən, 2013-cü ilin II rübü ilə müqayisədə hesabat dövrü ərzində avtokreditlərin faiz üzrə ən çox azalması “Günaybank”da müşahidə olunub. Belə ki, 1 il ərzində bu bankın verdiyi avtokreditlərdə 96,07%-lik azalma olub. Başqa sözlə, 2013-cü ilin II rübündə bu bank 80,23 min manatlıq avtokredit veribsə, bu ilin eyni dövründə cəmi 3,15 min manatlıq avtokredit verib.

Ümumiyyətlə isə, 2013-cü ilin 6 ayı ilə müqayisədə məbləğ olaraq avtokreditlər üzrə ən çox azalma “Dəmirbank”da qeydə alınıb. Belə ki, bu bankda son 1 ildə avtokreditlər üzrə 8 mln. 369 min manatlıq azalma var. Yəni, 2013-cü ilin II rübündə “Dəmirbank” 17 mln. 546 min manatlıq avtokredit veribsə, bu ilin müvafiq dövründə bu göstərici 9 mln. 177 min manata qədər azalıb. Hesabat dövründə “Bank Standard”ın verdiyi avtokreditlərdə 5 mln. 522 min, “Exspressbank”da 2 mln. 836 min, “Atrabankda” isə 1 mln. 823 min manatlıq azalma olub. (bax: Cədvəl-1)

Cədvəl-1

Banklar

2014-cü ilin II rübündə

2013-cü ilin II rübündə

1

Dəmirbank

9,177.18

17, 546.47

2

Bank Standard

37,317.27

42,839.53

3

Exspressbank

6,231.27

9,068.00

4

Atrabank

3,988.52

5,812.39

Bunların əksinə olaraq, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2014-cü ilin eyni dövründə “Rabitəbank”ın verdiyi avtokreditlər 3,7 dəfə artıb. Bu dövrdə “Azər-Türk Bank”da da 100%-lik artım olub. “Bank Technique”də avtokreditləri artan banklardandır. Bu bankda 2014-cü ilin iyulun 1-nə avtokreditlər 2013-cü ilin eyni dövrünə nisbətən 90% artıb. (bax: Cədvəl-2)

Cədvəl-2

Banklar

Avtokreditlər

(mln. AZN)

2013-cü ilin II rübünə nisbətən

(%)

1

RabitəBank

4,874.2

274,02

2

Azər-Türk Bank

2,913.19

100,76

3

Bank Technique

11,927.42

90,03

2013-cü ilin 6 ayı ilə müqayisədə bu ilin yanvar-iyun aylarında avtokreditlərin məbləğinə görə ən çox artım “Bank VTB (Azərbaycan)”ın payına düşüb. Belə ki, bu bank üzrə hesabat dövründə avtokreditlərdə 19 mln. 678 min manatlıq artım qeydə alınıb. Bundan başqa, “Bank Nikoil”də bu artım 10 mln. 322 min manat, “Bank Technique”də isə 5 mln. 650 min manat təşkil edib. (bax: Cədvəl-3)

Cədvəl-3

Banklar

2014-cü ilin II rübündə

2013-cü ilin II rübündə

1

Bank VTB (Azərbaycan)

67,247.66

47,569.36

2

Bank Nikoil

73,233.61

62,911.04

3

Bank Technique

11,927.42

6,276.48

Ümumiyyətlə, bu dövr ərzində 22 bank üzrə ən çox avtokredit verən “Bank Nikoil” olub -73 mln. 233 min manat. İkinci yerdə isə “Bank VTB (Azərbaycan)” qərarlaşıb - 67 mln. 248 min manat. (bax: cədvəl-4)

Banklar

Avtokreditlərin həcmi (mln. AZN)

1

Bank Nikoil

73,233.61

2

Bank VTB (Azərbaycan)

67,247.66

3

Bank Standard

37,317.27

4

Bank BTB

20,307.10

5

YapıKredi Bank Azərbaycan

18,593.78

6

AGBank

13,091.44

7

Bank Technique

11,927.42

8

Dəmirbank

9,177.18

9

Exspressbank

6,231.27

10

RabitəBank

4,874.2

11

TuranBank

4,289.85

12

Atrabank

3,988.52

13

Azər-Türk Bank

2,913.19

14

AccessBank

2,322.36

15

AFB Bank

2,088.16

16

Parabank

1,813

17

DekaBank

1,191.94

18

Kredobank

0,220.45

19

Qafqaz İnkişaf Bankı

0,86.1

20

Azərbaycan Kredit Bankı

0,47.75

21

Günay Bank

0,3.15

22

Gəncəbank

0