Analitika

01 Yanvar
2

Kapital şirkətə qarşı inam və etibar yaradan əsas göstəricidir – TƏHLİL

Məlumdur ki, səhmdar tipli kommersiya/maliyyə təşkilatının yaradılması üçün bir qayda olaraq, vahid maliyyələşmə mənbəyi nizamnamə kapitalıdır. Müəssisə və təşkilatın nizamnamə kapitalı şirkətin (müəssisə və təşkilatın) əmlakının minimal ölçüsünü müəyyən edir. Beynəlxalq təcrübəyə əsaslanaraq qeyd etmək olar ki, nizamnamə kapitalının həcminin yetərli olması, (şirkətin tələb olunan minimum kapitala malik olması) potensial investor və müştəridə şirkətə qarşı inam və etibar yaradan əsas göstəricilərdən hesab olunur.

Azərbaycan sğorta şirkətləri üçün minimum kapital tələbi

Məlum olduğu kimi, Maliyyə NazirliyininKollegiyasının 29 oktyabr 2013-cü il tarixli qərarı iləAzərbaycanda sığorta şirkətlərinin minimum kapitalı ilə bağlı tələblər dəqiqləşib.

Yeni tələbələrə görə, qeyri-həyat sığortası üzrə fəaliyyətdə olan və yeni yaradılan sığortaçılar üçün 5 mln. manat, həyat sığortası üzrə fəaliyyətdə olan sığortaçılar üçün 2015-ci ilin 01 yanvar tarixinədək 5 mln. manat, 2015-ci ilin 01 yanvar tarixindən etibarən 6,5 mln. manat,
2016-cı ilin 01 yanvar tarixindən etibarən 8 mln. manat və 2017-ci ilin 01 yanvar tarixindən etibarən, həmçinin yeni yaradılan sığortaçılar üçün 10 mln. manat müəyyən edilib.

Bazarın mövcud vəziyyəti – təhlil

Azərbaycan sığorta bazarı üzrə aparılmış araşdırmaya görə, bazarda fəaliyyət göstərən sığorta şirkətlərinin məcmu nizamnamə kapitalının həmi bu ilin aprel ayının 1-nə 297,303 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə məlum olur ki, iştirakçı şirkətlərin kapitallaşma həcmində ciddi artım olub.

Aprel ayının 1-nə olan göstəriciyə əsasən, bazarda kapitallaşma həcminə görə ilk üçlüyə “Paşa Sığorta” (50 mln. AZN), “PAŞA Həyat Sığorta” (40,250 mln. AZN) və “Xalq Sığorta” (26,382 mln. AZN) şirkətləri daxil olub. İlk üçlükdə olan şirkətlərin toplam nizamnamə kapitalının həcmi (116,632 mln. AZN) bazar üzrə qeyd olunan cəmi nizamnamə kapitalında xüsusi çəkisi 39,2% təşkil edib.

Aparılan təhlil nəticəsində məlum olur ki, bazarda fəaliyyət göstərən yalnız 8 sığorta şirkətinin nizamnamə kapitalının həcmi 10-50 mln. manat arasında dəyişir. Qalan 18 sığorta şirkətinin kaptal həcmi 10 mln. manatdan aşağıdır.

Həyat sığortası şirkətlərinin kapital həcmi - bazarın təhlili

Bundan başqa, bazar üzrə aparılan araşdırma çərçivəsində həyat sığortası üzrə xidmətlər göstərən sığorta şirkətlərinə yer ayrılıb. Təhlil nəticəsində məlum olub ki, qeyd olunan dövr üzrə həyat sığortası şirkətlərinin (“PAŞA Həyat”, “Qala Həyat” və “Atəşgah Həyat”) toplam nizamnamə kapitalının həcmi 50,264 mln. manat təşkil edib ki, bunun da sığorta şirkətlərininn cəmi nizamnamə kapitalında xüsusi çəkisi 17% təşkil edib.

Ümumiyyətlə, son illər ərzində Maliyyə Nazirliyinin dəstəyilə, ictimai qurumlar və sığorta şirkətləri tərəfindən Azərbaycanda qeyri-həyat sığortası ilə yanaşı həyat sığortası sahəsində aparılan maarifləndirmə işləri həyat sığortası bazarına öz müsbət təsirini göstərməkdədir. Əhalinin həyat sığortası xidmətlərindən yararlanmasını, həmçinin bazarda olan canlanmanı nəzərə alan şirkətlər bazara müxtəlif çeşidli yeni həyat sığortası məhsulları təklif edirlər. Bütün bunlarla yanaşı, ixtisaslaşmış şirkətlər kapitallaşmanın həcminin yüksəldilməsinə də xüsusi önəm verirlər. Azərbaycanda həyat sığortası bazarının mövcud inkişaf tendensiyası, gələcəkdə həyat sığortası şirklətlərinin kapitallaşma həcminin artımını daha da sürətləndirəcək.

Bazar üzrə ən iri həcmli kapital göstəricisinə görə “PAŞA Həyat Sığota”ASC həyat sığortası şirkətləri sırasında lider şirkət mövqeyinə malikdir. Bu şirkətin kapital üzrə bazar payı 80,1%-ə bərabərdir.

Göründüyü kimi, nizamnamə kapitalının həcminə görə müvafiq cədvəllər (bazar payı göstərilməklə) tərtib olunub.

Sığorta şirkətləri

Nizamnamə kapitalı

(mln.AZN)

Bazar payı (%)

1

Paşa Sığorta

50,000

16,82

2

PAŞA Həyat Sığorta

40,250

13,54

3

Xalq Sığorta

26,382

8,87

4

AzSığorta

20,300

6,83

5

İpək Yolu Sığorta

12,093

4,07

6

Standard Insurance

11,000

3,70

7

Meqa Sığorta

10,500

3,53

8

AtaSığorta

10,000

3,36

9

Rəvan Sığorta

8,971

3,02

10

Beynəlxalq Sığorta Şirkəti

8,800

2,96

11

AXA MBASK

8,732

2,94

12

Azərbaycan Sənaye Sığorta

8,160

2,74

13

Alfa Sığorta

7,780

2,62

14

Buta Sığorta

7,300

2,46

15

Azərsığorta

7,000

2,35

16

Çartis Azərbaycan

6,787

2,28

17

Bakı Sığorta

6,524

2,19

18

Başak-İnam

6,000

2,02

19

Era Trans

5,700

1,92

20

Azərqarant

5,610

1,89

21

A-Group

5,400

1,82

22

Atəşgah Sığorta

5,009

1,68

23

Qala Həyat Sığorta

5,005

1,68

24

Qarant Sığorta

5,000

1,68

25

Əmrah Sığorta

5,000

1,68

26

Atəşgah Həyat Sığorta

4,000

1,35

Yekun

297,303

100%

Həyat sığortası şirkətləri üzrə

Həyatsığortası şirkətləri

Nizamnamə kapitalı

(mln.AZN)

Bazar payı (%)

1

PAŞA Həyat Sığorta

40,250

80,01

2

Atəşgah Həyat

5,009

9,97

3

Qala Həyat

5,005

9,96

Yekun

50,264

100%

Elnur Hüseynquluyev,
“PAŞA Həyat Sığorta”ASC
İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri

Mənbə: Marja