ANALİTİKA

01 Yanvar
8

Çirkli havadan sığorta - ÇİNDƏ TƏTBİQ OLUNUB

Ömründə ən azı bir dəfə Pekində, yaxud Çinin digər iri şəhərlərində olmuş bir çox turistlər bu ölkədəki mürəkkəb ekoloji vəziyyətdən və havanın çirkli olmasından şikayətlənirlər. Operatorlar və sığorta şirkətləri bundan faydalanmaq qərarına gəliblər. Çində təyyarə biletlərinin və turizm səfərlərinin onlayn-bron edilməsi üzrə “Ctrip.com” xidməti və “Pinyan” (“Təhlükəsizlik”) adlı aparıcı sığorta şirkəti martın 18-dən başlayaraq turistlərə çirkli havadan sığortalanmağı təklif edirlər.
Üç gündən beş günədək olan turist səfərləri zamanı bu xidmət 10 yuana (1,65 dollara), altı-yeddi günlük səfərlər zamanı isə 15 yuana (2,4 dollara) başa gələcək. Bu pula turist nə əldə edir? Havanın çirkli olduğu hər bir gün sığortaçılara 50 yuan (8 dollar) kompensasiyaya başa gələcək, düzdür, bunun üçün çirklənmə müəyyən səviyyəyə çatmalıdır. Pekində havanın keyfiyyət indeksi (AQI) iki gündə 200 vahidlik göstəricidən yüksək, Quançjouda və Şanxayda isə 100 vahid olmalıdır. Mobil telefonlar üçün xüsusi əlavə atmosferin vəziyyəti barədə məlumat əldə etməyə kömək göstərəcək. İkinci şərt: səyahətə çıxan ən azı iki gün şəhərdə olmalıdır. Sinxua agentliyi xəbər verir ki, hələlik sığorta Çinin altı şəhərində - Pekində, Sianda, Xarbində, Çenduda, Quançjouda və Şanxayda tətbiq ediləcək.