ANALİTİKA

22 İyul
9

Plastik kartların ödəniş sistemləri necə çalışır?

Bugünkü gündə, demək olar ki, hər kəsin pul qabında heç olmasa bir ədəd bank plastik kartına rast gəlmək olar. Bununla yanaşı kartın bank hesabında həm kart sahibinin əmək haqqısı, həm də maliyyə müəssisələrinin müxtəlif kredit şərtləri altında təqdim etdikləri borc pul vəsaitləri ola bilər.

Maliyyə mütəxəssislərinin qeyd etdiyi kimi, bank təşkilatı qismən olaraq plastik kartın sahibi hesab edilir, çünki o, plastik karta bank rekvizitlərini və öz loqotiplərini daxil edir.

Plastik kartın həqiqi sahibi isə karta pul vəsaitləri əlavə edən ödəniş sistemləridir.

Ödəniş sistemlərinin əsas öhdəlikləri:

Visa ödəniş sistemini nümunə gətirərək ödəniş sistemlərinin qarşısında duran bir sıra öhdəliklərə aydınlıq gətirməyə çalışaq. Bugünkü gündə Visa ödəniş sistemi dünya ən nüfuzlu və etibarlı hesab edilir.

Maliyyə mütəxəssislərinin dediyi kimi ödəniş sistemləri alıcı və ticarətçi arasında əsl vasitəçidir. Ödəniş sistemi müxtəlif nağdsız hesablar həyata keçirməyə imkan yaradır.

Ödəniş sistemlərinin funksiyalarına bunlar daxildir:

  • Maliyyə müəssisəsilərinə onların öz maliyyə əməliyyatlarını keçirdikdə müəyyən ödəniş sistemindən istifadə etmələrinə dair sertifikatların verilməsi;
  • Maliyyə müəssisələri ilə birlikdə bonus maliyyə məhsulların və alətlərin planlaşdırılması və inkişaf etdirilməsi;
  • Ödəniş sistemlərinin və kartların şəxsi təkmilləşdirilmiş texniki bazanın tətbiq olunması və həmçinin maliyyə bazarlarına yeni kart növlərinin daxil edilməsi;
  • Ödəniş sistemi üçün bütün müştərilər üçün məhsuldar və etibarlı təhlükəsiz tədbirlərinin görünməsi.

Ödəniş sistemlərinin universallığı nədən ibarətdir?

Qeyd edək ki, hər bir ödəniş sisteminin fərdi və yalnız ona xas olan xüsusiyyətləri var.

Lakin bütün sistemlərin ümümi standartları var.

Müxtəlif ödəniş sistemlərinin və istehlalçıların bütün debet, kredit kartlarının ümumi ölçüləri, ümumi kodlaşma sistemi və məlumat saxlama sistemləri var (ISO).

Bank təşkilatları tərəfindən maliyyə müəssisələrinin müştərilərinə ISO 7813 etiketli kartlar verilir.

Təhlükəsizlik hər şeydən vacibdir.

Təcrübənin göstərdiyi kimi ödəniş sistemləri öz müştərilərinin pul vəsaitlərin təhlükəsizliyinə böyük diqqət ayırırlar.

Bugünkü gündə virtual hücumların sayının artdığını nəzərə alsaq, ödəniş sistemlərinin dələduzlarla mübarizə üsullarının vacibliyini anlayarıq.

Ödəniş sistemləri maksimal dərəcədə üçüncü şəxslərin məlumat əldə etmələrini məhdudlaşdırır. Buna ödəniş sistemlərin müxtəlif açar və şifrələrlə çox dərəcəli müdafiə sistemlərin quraşdırılması və tətbiq edilməsi və həmçinin elektron və mexaniki üsulların sayəsində nail olunur.

Plastik kartların sahiblərinə maliyyə müəssisələri və ödəniş sistemləri chargeback xidmətləri təqdim edir. Bu xidmətlər sayəsində müştəri gün ərzində onun kartı vasitəsi ilə istənilən tranzaksiyaları ləğv edə bilər.

Mənbə: Banker.az